Rich SA MMC: Sərinlik bizdən gəlir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rich SA MMC: Sərinlik bizdən gəlir – FOTO – VİDEO

11:40 - 05 / 06 / 2017
Rich SA MMC: Sərinlik bizdən gəlir – FOTO – VİDEO

Azərbaycanda  müasir standartlar səviyyəsində qurulan istehsal sayəsində ən tələbkar dondurma həvəskarlarının zövqünü oxşayacaq çeşidli məsulların bazara çıxarılması ilə Rich SA MMC, bu yay fəslinin yaddaqalan uğuruna imza atır.

"- 40 Dərəcə və Soyuq Gəlir" gizli anons ismarışı ilə sosial media və küçə reklamında yer alan bu aksiyanın hansı məhsula aid olunduğu indi açıqlandı.

Əslində bəzən usandırıcı cənub yayının istisində insana sərinlik bəxş edən dondurma istehsalının tam yerli potensial hesabına həyata keçirilməsi əhəmiyyətli addımdır və idxalı əvəzləmə istiqamətində ciddi fəaliyyət sahəsi kimi yaxın perspektivdə Azərbaycan məhsulu olaraq xarici bazara çıxışa da zəmin hazırlayacaq.

Yeni dondurma məhsullarını yüksək keyfiyyət meyarları ilə istehsal edən peşəkarlar, cari mövsümdə  “Bu yay sərin keçəcək” ismarışını verirlər və bu istəyin zamanında və aktual olması şübhə doğurmur. Üstəlik, onlar satış nöqtələrinin təzə və keyfiyyətli məhsullarla fasiləsiz təmin edilməsi məqsədi ilə sistemli dağıtımı intensivləşdirirlər.

Yerli dondurma şirkəti olan Rich SA MMC-nin istehsal etdiyi Lazzmaster, Umai, Frozzy, Kidda, Homeday markalı çeşidli dondurmaları şəhərimizin bir çox satış nöqtələrində yer alıb və məhsulun keyfiyyətinə dair istehlakçılardan gələn müsbət rəylər dondurmaçıları çox qürurlandırır.

Rich SA MMC 200-ə yaxın əməkdaşı ilə yeni inşa edilmiş zavodda dondurma istehsalını həyata keçirir. Qeyd edək ki, müəssisə öz istehsal gücünə görə Qafqaz regionunun ən böyük dondurma zavodudur. 

Avstriya, İtaliya və Almaniya avadanlıqları ilə təchiz olunmuş bu istehsal vahidində qeyd olunan ölkələrin texnoloqlarının və peşəkar ustalarının nəzarəti altında gigyenik normalar çərçivəsində və özəl reseptlərlə dondurmalar istehsal edilir və istehlakçılara təqdim olunur. Dondurma istehsalında istifadə olunan xammalların Avstraliya, Türkiyə, Belçika və digər ölkələrdən gətirilməsi təmin olunur.

Məhsulun üstün dadı, keyfiyyəti və inqrediyentleri ilə yerli bazara iddialı daxil olan Rich SA MMC, yaxın zamanda ətraf region ölkələrinə də məhsul ixracını həyata keçirmək niyyətindədir.

Reklam hüququnda

Paylaş:
2165

Son xəbərlər

Bütün xəbərlər