SAM direktoru: "Üçtərəfli əməkdaşlığımız zəngin təcrübəyə əsaslanır"
Bizim üçtərəfli əməkdaşlığımız zəngin təcrübəyə əsaslanır. Ölkələrimizi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars kimi layihələr birləşdirir.
1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: gələcəyə baxış” mövzusundakeçirilən konfransda SAM direktoru Fərhad Məmmədov deyib.
O bildirib ki, son layihələrdən biri olan və Mərkəzi Asiyanı əhatə edən nəqliyyat layihəsi əməkdaşlığımız üçün yeni imkanlar yaradır: "Tarix göstərib ki, bu qarşılıqlı əməkdaşlıq müstəqilliyimizi möhkəmləndirib".
F.Məmmədov bu ölkələrin ərazisində sabitliyin və təhlükəsizliyin yaradılmasının vacibliyini vurğulayıb: “Bizim öz təhlükəsizliyimizi təmin etməyimiz kiməsə qarşı yönəlməyib. Bu formatı qoruyub saxlamaq lazımdır”.
SAM direktoru Suriyada terrorizmə qarşı mübarizədə Türkiyənin rolunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin terrorla mübarizədə baxışı eynidir.
1news.az