“Sədərək” ticarət mərkəzindən oğurluq edən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sədərək” ticarət mərkəzindən oğurluq edən şəxslər saxlanılıb

15:13 - 06 / 06 / 2017
“Sədərək” ticarət mərkəzindən oğurluq edən şəxslər saxlanılıb

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində baş vermiş oğurluq hadisəsinin qısa müddət ərzində açılması təmin olunub. 

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyunun 4-də Qaradağ rayonu Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzindəki mağazalardan birinin sahibi, Sumqayıt şəhər sakini Adil Məmmədov səhər tezdən iş yerinə daxil olarkən xeyli malın oğurlandığını görüb, vaxt itirmədən DİN-in “102 Zəng Mərkəzinə” bu barədə məlumat verib.

Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşları hadisə yerini müayinə edərkən oradan 5220 manat dəyərində geyim əşyalarının oğurlandığını aşkar ediblər.

Rəis müavini, polis mayoru Kənan Abışovun rəhbərliyi ilə yaradılan əməliyyat qrupu cinayətin “isti izlər”lə açılması üçün təxirəsalınmaz tədbirlərə başlayıb.

Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə səhər saat 5 radələrində  hadisənin baş verdiyi yerə taksi fəaliyyəti göstərən avtomobilin yaxınlaşdığı müəyyən edilib. Sonrakı tədbirlərlə həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyənləşdirilərək sürücüsü saxlanılıb. 

Araşdırmalar zamanı həmin şəxsin səhər saatlarında tanımadığı 2 nəfəri müştəri qismində əllərindəki yüklə Maştağa qəsəbəsinə apardığı müəyyənləşdirilib.  

Ünvan dəqiqləşdirildikdən sonra həmin ərazidə xidmət aparan Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları ilə birgə davam etdirilən tədbirlərlə həmin mənzilə baxış keçirilərkən orada olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev və Tovuz rayon sakini Rövşən Rüstəmov şübhəli şəxs qismində saxlanılıblar. Mənzildə olan mağazadan oğurlanmış geyim əşyaları isə maddi sübut kimi götürülüb.

Ətraflarında aparılan tədbirlərlə onlar həmin ərazidə 4 gün əvvəldən müşahidə apardıqlarını, nəzarət kameraları olmadığından məhz həmin mağazanı hədəf götürdüklərini etiraf ediblər.   

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq aparılır.

Babək Cahandarov

Paylaş:
611

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər