Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

1news Redaksiyası11:06 - Bu gün
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət qoyulub.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır.

Nazirlik gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və gənc əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməməyi bir daha xahiş edib.

Qeyd olunub ki, məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər