AZƏRTAC-ın əməkdaşları xarici dil biliklərini möhkəmləndirirlər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZƏRTAC-ın əməkdaşları xarici dil biliklərini möhkəmləndirirlər – FOTO

20:03 - 06 / 06 / 2017
AZƏRTAC-ın əməkdaşları xarici dil biliklərini möhkəmləndirirlər – FOTO

Azərbaycanın sürətli inkişafı, dünya birliyinə fəal inteqrasiyası, beynəlxalq humanitar, idman və mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi, habelə AZƏRTAC-ın dünyanın aparıcı xəbər agentlikləri ilə sürətlə inkişaf edən əlaqələri və beynəlxalq media qurumlarına sədrliyi fonunda agentliyin əməkdaşlarının xarici dil biliklərini möhkəmləndirmələri böyük əhəmiyyət kəsb edir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, zamanın çağırışına uyğun olaraq agentlik öz imkanları hesabına hər il müxtəlif xarici dil kursları təşkil edir və bu, artıq ənənə halı alıb.

Hazırda agentlikdə Çin, ingilis və alman dilləri kursları fəaliyyət göstərir. İntensiv kurslara agentliyin ümumilikdə 50-dən çox əməkdaşı cəlb edilib. Xarici dilin tədrisində yüksək ixtisaslı mütəxəssislərin köməyindən, ən müasir dərslik və əyani vasitələrdən istifadə olunur. Kurslarda dinləyicilər dil biliklərini təkmilləşdirməklə yanaşı, dillərini öyrəndikləri ölkələrin mədəniyyəti, milli adət-ənənələri və media landşaftı barədə də məlumatlandırılır.

AZƏRTAC Çin dili üzrə tərcüməçi kadrların hazırlanması istiqamətində Konfutsi İnstitutu ilə fəal əməkdaşlıq edir. İnstitutun müəllimləri hazırda agentliyin 20 əməkdaşına Çin dili öyrədir, onları bu ölkənin mədəniyyəti ilə tanış edirlər. Kursu bitirən əməkdaşlara diplom və sertifikat verilir. Hər il agentliyin bir neçə əməkdaşı Çində praktiki məşğələlərdə iştirak edir.

AZƏRTAC, həmçinin Çinin və dünyanın aparıcı agentliklərindən biri olan Sinxua ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Bu, informasiya mübadiləsinin genişlənməsinə, xalqlarımızın bir-birini daha yaxından tanımasına yol açır. Dost agentliklər bu yaxınlarda əməkdaşlığı genişləndirmək və birgə layihələr həyata keçirməklə bağlı razılığa gəliblər. Bununla bağlı son müzakirələr Sankt-Peterburqda dünyanın aparıcı xəbər agentliklərinin sammiti çərçivəsində AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və Sinxua-nın vitse-prezidenti Can Sutan arasında keçirilən görüşdə aparılıb.

S.Xankişiyeva

Paylaş:
730

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər