Meksika və Azərbaycan neft sektoru üzrə əməkdaşlığı gücləndirir
31 may-3 iyun tarixlərində Meksika Neft İnstitutunun mütəxəssisi Viktor Xerardo Ortiz Qayardo Bakıda səfərdə olub.
1news.az-a Meksikanın bakıdakı səfirliyindən verilən məlumata görə, Meksika Neft İnstitutunun təmsilçisi Azərbaycanda olduğu müddətdə bir sıra dövlət qurumlarında müxtəlif görüşlər keçirib.
Onların arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetin rektoru Mustafa Babanlı, Bakı Ali Neft Məktəbinin prorektoru Ramiz Hümbətov və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovla keçirilən görüşlər var. Bütün bu məhsuldar danışıqlar zamanı ikitərəfli əməkdaşlığın perspektivləri və onun gələcək inkişafının yolları müəyyən edilib.
Meksika Neft İnstitutu neft sahəsinə aid Meksikanın tədqiqat mərkəzidir. Mərkəzləşdirilməmiş dövlət tədqiqat mərkəzi olaraq neft sənayesi üçün texnologiya biliklərini və dəyərli xidmətləri dəyişmək və neft sənayesinin inkişafına töhfə verən tanınmış əməkdaşlar, texnologiya və xidmətlərlə beynəlxalq səviyyəli dövlət tədqiqat mərkəzi olmaq məqsədi daşıyır.
Neft Meksika üçün ən vacib enerji mənbələrdən biridir, belə ki, ölkədə istehlak olunan enerjinin 88%-i bu karbohidrogenin payına düşür – hər hansı ölkənin əsas iqtisadi göstəricilərindən biri. Təsdiq olunmuş 12 min 350 milyon barel neft ehtiyatları ilə Meksika dünyada xam neftin həcminə görə 14-cü yerdədir.
Pərvanə Sultanova