Ədliyyə Nazirliyi Məhərrəm Əliyevin təyinatı ilə bağlı məlumata şərh verib

Ədliyyə Nazirliyi bir sıra KİV-də yayılmış Məhərrəm Əliyevin ədliyyə nazirinin müavini təyin edilməsilə bağlı məlumata şərh verib.
1news.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr qrupun rəhbəri Rasim Həsənov bildirib ki, hazırda (iyunun 6-sı səhər) nazirlikdə Məhərrəm Əliyevin təyinatı ilə bağlı məlumat yoxdur:
“Nazirliyə bununla bağlı hər hansı sərəncam və ya sənəd daxil olmayıb”.
Qeyd edək ki, M.Əliyev 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub. Daha əvvəl Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, Bakı Baş Polis İdarəsinin rəhbəri vəzifələrini tutub.
Tərcümə: S.Xankişiyeva
995