Prezident İlham Əliyev Polşaya rəsmi səfər edəcək
Azərbaycan və Polşa xarici işlər nazirlərinin müavinlər Xələf Xələfov və Bartoş Çixotski Prezident İlham Əliyevin Varşavaya rəsmi səfəri ilə bağlı müzakirələr aparıblar.
1news.az Polşa səfirliyinə istinadən xəbər verir ki, müzakirələr zamanı tərəflər iqtisadi əməkdaşlıq, birgə layihələr və nəqliyyat infrastrukturu mövzuları ətrafında da fikir mübadiləsi aparıblar.
Nazir müavinlər qarşılıqlı əməkdaşlığın potensialı ilə bağlı Polşa və Azərbaycan arasındakı baxışların yaxınlaşmalı olduğunu bildiriblər.
“Varşava və Bakı arasında dinamik inkişaf edən siyasi dialoqu vacibdir. Bu, Polşa və Azərbaycan vətəndaşları üçün maddi fayda gətirəcək”, nazir müaviniÇixotski bildirib.
Görüş zamanı tərəflər iyun ayında Prezident İlham Əliyevin Polşaya rəsmi səfəri ilə bağlı əməkdaşlıq və ikitərəfli sazişlərin intensivləşdirməsi üzrə planları müzakirə ediblər. Nümayəndə heyətləri prezidentlər arasında aparılacaq danışıqlar çərçivəsində əlaqələrin sürətləndirilməsində xüsusilə iqtisadi sahədə daha güclü olacağına ümid ediblər.
Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti ilə bağlı məsələlər və cari qlobal gündəlik də müzakirə olunub.
X.Xələfov Polşanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə görə təbriklərini çatdırıb.
Pərvanə Sultanova