Elman Abdullayev Əddis-Əbəbə şəhərinin meri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elman Abdullayev Əddis-Əbəbə şəhərinin meri ilə görüşüb

15:54 - 07 / 06 / 2017
Elman Abdullayev Əddis-Əbəbə şəhərinin meri ilə görüşüb

Azərbaycanın Efiopiya Federativ Demokrtaik Respublikasındakı səfiri Elman Abdullayev Əddis-Əbəbə şəhərinin meri Deriba Kuma ilə görüşüb .

1news.az-a səfirlikdən verilən məlumata görə, görüş zamanı səfir E.Abdullayev paytaxt Bakı şəhərinin dünyanın ən gözəl şəhələrindən biri olduğunu, bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və xarici turistlərin sevimli məkanlarından birinə çevrildiyini vurğulayıb. 

Bakı şəhərində bir çox abadlıq işlərinin aparıldığını qeyd edən səfir E.Abdullayev memarlıq və yaşıllaşdırma sahələrində, o cümlədən nəqliyyat sistemində Bakının ən son  və beynəlxalq standarlara  uyğun texnologiyalardan istifadə olunduğunu merin diqqətinə çatdırıb.

Səfir E.Abdullayev Azərbaycanın zəngin  təcrübəsinin dünyanın bir çox ölkələri, o cümlədən Efiopiya ilə bölüşməyə hazır olduğunu bildirib.

Əddis-Əbəbə şəhərinin meri Deriba Kurma Azərbaycanın sürətlə inkişaf etdiyini yüksək qiymətləndirərək, ölkəmizin, xüsusilə Bakının təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı iki ölkə arasında əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

P.Sultanova

Paylaş:
738

Son xəbərlər

Bütün xəbərlər