ABŞ-ın dövlət katibi Reks Tillersonun Respublika Günü münasibətilə təbriki
ABŞ-ın dövlət katibi Reks Tillerson Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Respublika Günü münasibətilə Azərbaycan xalqını Amerika xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Birləşmiş Ştatlar ilə Azərbaycan enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıq, həmçinin demokratik prinsiplərə dair dialoq əsasında uzun illər ərzində qurulmuş güclü tərəfdaşlığa malikdir. Mən, eyni zamanda, Ramazan ayının başlaması, müsəlman aləmində ilk parlamentli respublikanın qurulmasının 99 illiyi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm.
O vaxt olduğu kimi, indi də arzularınız var və onların reallaşması üçün çox iş görmüsünüz. Birləşmiş Ştatlar xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan, daha təhlükəsiz və firavan dövlət yaratmaq səylərini dəstəkləyir. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq qalırıq.
Amerika Birləşmiş Ştatları gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir”.
S.Xankişiyeva