Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri və bərpasına 7,5 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri və bərpasına 7,5 milyon manat ayrılıb

18:20 - 07 / 06 / 2017
Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri və bərpasına 7,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon (yeddi milyon beş yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

1news.az

 

Paylaş:
871

Son xəbərlər

Bütün xəbərlər