Mikayıl Cabbarov “son zəng”lə bağlı açıqlama verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov “son zəng”lə bağlı açıqlama verib

12:55 - 07 / 06 / 2017
Mikayıl Cabbarov “son zəng”lə bağlı açıqlama verib

“Son zəng” tədbirlərilə bağlı məktəblərə məlumat veriləcək.

1news.az-ın verdiyi xəbərə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında  bildirib.

Onun sözlərinə görə, son illərdə olduğu kimi “son zəng” tədbirlərinin keçirilməsinə dair bütün zəruri məlumatlar Təhsil Nazirliyi və yerlərdə fəaliyyət göstərən şəhər və rayon təhsil şöbələri tərəfindən məktəblərə təqdim ediləcək.

Qeyd edək ki, bu il Azərbaycan məktəblərində “son zəng” tədbirləri iyunun 14-də baş tutacaq. Bu ildə ümumtəhsil məktəblərində IX sinifi 110 638, XI sinifi 84 088, eləcə də qiyabi (axşam bölməsində) olaraq 723 şagird başa vuracaq.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər