Şahin Mustafayev: Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin 35 faizi Aİ ölkələrinin payına düşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahin Mustafayev: Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin 35 faizi Aİ ölkələrinin payına düşüb

10:40 - 08 / 06 / 2017
Şahin Mustafayev: Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin 35 faizi Aİ ölkələrinin payına düşüb

Avropa İttifaqı- Azərbaycan biznes forumu  ənənəvi xarakter daşıyır. Bu foruma böyük maraq var.

1news.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Aİ-Azərbaycan biznes forumunda deyib. O bildirib ki, tədbirin keçirilməsində başlıca məqsəd Azərbaycanda aparılan islahatlar barədə məlumat vermək, Aİ-nin işgüzar dairələri ilə əməkdaşlığı inkişaf etdirməkdir.

Nazir əlavə edib ki, ötən forumdan sonra Azərbaycanın sosial-iqtisadi həyatında mühüm yeniliklər baş verib:

“Aİ ilə əməkdaşlığın inkişafı xarici siyasətimizdə mühüm yer tutur. Bir il ərzində qarşılıqlı əlaqələr də bunu göstərir. Azərbaycan Prezidentin bu il Aİ- yə uğurlu səfəri həyata keçirildi. Gələn həftə isə Avropa komissarı Yohanes Han Bakıya səfər edəcək”.

Nazir deyib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin 35 faizi Aİ ölkələrinin payına düşüb. Bu il isı bu rəqəm 38 faiz təşkil edib:

“Azərbaycan iqtisadiyyatına investisiyaların həcmi 20 milyard dollardır ki, bu da ümumi investisiyakarın 46 faizini təşkil edir. Aİ-nin qeyri -neft  sektorunda payı  isə 3 milyard dollar təşkil edib.  Ölkəmizdə 1300-dən çox Aİ ölkələrini təmsil edən şirkət fəaliyyət göstərir”. 

Ş.Mustafayev Cənub Qaz Dəhlizinin istifadəyə verilməsinin Aİ- Azərbaycan əlaqələrində yeni bir səhifə açacağını da vurğulayıb.

Azərbaycanda investisiya qoyulması ilə bağlı əlverişli mühütin olduğunu deyən nazir bildirib ki, ölkədə siyasi cəhətdən sabitlik hökm sürür, iqtidarla xalqın birliyi mövcuddur:

“Azərbaycan çox təhlükəsiz bir ölkədir və beynəlxalq reytinqlərə görə, Azərbaycan MDB-də ən təhkükəsiz, dayanaqlı ölkədir. Ölkədə əlveriçli infrastruktur yaradılıb. İnvestisiya qoyuluşunun cəlbediciliyi ilə bağlı işlər görülür. Korrupsiyaya qarşı güclü mübarizə aparılır. ASAN xidmət buna bir nümunədir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları var. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır”.

Pərvanə Sultanova

Paylaş:
918

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər