Malena Mard: Aİ qeyri-neft sektorunda Azərbaycanla tərəfdaş olmaq istəyir | 1news.az | Xəbərlər
Siyasət

Malena Mard: Aİ qeyri-neft sektorunda Azərbaycanla tərəfdaş olmaq istəyir

12:26 - 08 / 06 / 2017
Malena Mard: Aİ qeyri-neft sektorunda Azərbaycanla tərəfdaş olmaq istəyir

Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın mühüm bir mərhələsindədir. Yeni saziş üzrə danışıqlar aparılır. 

1news.az-ın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib. O bildirib ki, Prezident İlham Əliyevin fevral ayında Brüsselə səfəri Aİ ilə danışıqlar baxımından vacib əhəmiyyət daşıyıb.

M.Mard Aİ-nin qeyri-neft sektorunda Azərbaycanla tərəfdaş olmaq istədiyini bildirməklə yanaşı əlavə edib ki, təhsilə sərmayə qoyulması, xüsusilə peşə təhsilinin inkişafı gələcək üçün çox mühümdür. 

Pərvanə Sultanova

 

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər