Mingəçevirdə iki dəfə həbsdə olan kişi arvadını və iki azyaşlı uşağını öldürüb – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə iki dəfə həbsdə olan kişi arvadını və iki azyaşlı uşağını öldürüb – TƏFƏRRÜAT

14:43 - 09 / 06 / 2017
Mingəçevirdə iki dəfə həbsdə olan kişi arvadını və iki azyaşlı uşağını öldürüb – TƏFƏRRÜAT

Mingəçevir şəhərində dəhşətli qətl hadisəsi törədilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında şəhərin Nəsimi küçəsindəki 31 saylı mənzildə qeydə alınıb.

Şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Hüseynov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı 1982-ci il təvəllüdlü Aynurə Hüseynovanı və iki azyaşlı övladı-2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.

Aynurə Hüseynovanın qohumlarının sözlərinə görə, qətl və oğurluq hadisələrinə görə Azərbaycanda və Rusiyada məhkumluq həyatı yaşayan Lazım Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.

Qonşuları bildiriblər ki, Lazım Hüseynov Yevlaxın Havarlı kəndində mal-qara təsərrüfatı var. Onun zəhmətkeş adam, ailəcanlı insan olduğunu deyən qonşular L.Hüseynov uzun müddət həbsdə olduğu üçün gec ailə həyatı qurduğunu deyiblər.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
830

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər