Nazirlik arıçılara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik arıçılara müraciət edib

12:29 - 09 / 06 / 2017
Nazirlik arıçılara müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi arıçılara müraciət edib.

Nazirlikdən 1news.az-a daxil olan müraciətdə bildirilir ki, yaz fəslinin gəlişi ilə ölkənin arıçılıq təsərrüfatlarında bal arılarının (Apis mellifera L.) yetişdirilməsi, çoxaldılması, arıçılıq məhsullarının istehsalı və emalı üzrə fəaliyyət aktivləşir. Bununla əlaqədar vətəndaşlar tərəfindən arı ailələrinin yaşadığı qutuların meşə ərazilərində yerləşdirilməsi ilə bağlı çoxsaylı müraciətlər edilir.

Arıçılığın ənənəvi kənd təsərrüfatı sahəsi olmasını, arıçılıq fəaliyyətinin entomofil bitkilərin tozlandırılmasında əvəzsiz əhəmiyyətini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi arıçı fermerlərə müraciət edərək bildirir ki, Nazirliyin istifadəsində olan bütün növ kateqoriyalı meşə ilə örtülü ərazilərə arı ailələrinin heç bir ödəniş olunmadan, müvafiq qaydada qeydiyyatdan keçmək yolu ilə yerləşdirilməsinə icazə verilir.

“Bildiririk ki, ETSN rəhbərliyinin regionlarda əhali ilə keçirilən görüşlərində də vətəndaşlar tərəfindən belə müraciətlər edilir və arıçılıqla məşğul olan fermerlərə meşə sahələrindən bu məqsədlə istifadə üçün müvafiq tövsiyələr verilir.

Çiçəkləmə dövründə arıçı meşə və ekologiya idarələri ilə razılaşdıraraq müəyyən olunmuş ərazilərdə arı qutularını yerləşdirə və özü də onların yanında qala bilər (həmin şəxslərin əksəriyyəti meşəyə öz mal-qarasını da gətirmək istəyir, bu isə meşə üçün ziyanlı olduğuna görə qadağandır).  Qeyd edək ki, arıların meşədə saxlanılması, təkcə arılar üçün deyil, həm də meşə bitkiləri üçün, otlaqlar üçün yaxşıdır və bu, ikitərəfli faydalıdır”- deyə, müraciətdə qeyd olunub.

Nazirlik arı ailələrinin yerləşdirilməsi ilə bağlı hər hansı problem yaranarsa yerli meşə idarələrinə və Nazirliyin 168 nömrəli “Qaynar Xətt” xidmətinə məlumat verilməsini xahiş edir:

“Təəssüflə qeyd edirik ki, bəzi işbazlar və şəxsi maraq güdən bir sıra saytlar nazirlik tərəfindən arıçılara verilən bu hüquqlardan sui-istifadə edir, öz maraqları üçün KİV-lərdə yanlış məlumatlar yayır, məsələni özlərinin qazanc mənbəyinə çevirməyə cəhd edirlər. 

ETSN olaraq arıçılıqla məşğul olan fermerlərə bir daha müraciət edirik ki, arı qutularının meşə ərazilərində yerləşdirilməsi ödənişsizdir və arılarını müəyyən olunmuş ərazilərdə bəsləyə bilərlər. Bununla bağlı hər hansı anlaşılmazlıq yarandığı təqdirdə, bilavasitə yerli meşə idarələrinə və Nazirliyə məlumat versinlər”.

Babək Cahandarov

Paylaş:
568

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEOBu gün, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olubBu gün, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıbBu gün, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıbBu gün, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49
Bütün xəbərlər