Qızılağac Milli Parkında qanunsuz balıq ovu edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızılağac Milli Parkında qanunsuz balıq ovu edən şəxs saxlanılıb

1news Redaksiyası15:05 - Bu gün
Qızılağac Milli Parkında qanunsuz balıq ovu edən şəxs saxlanılıb

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları Milli Parkın əməkdaşları ilə birgə tədbir keçiriblər.

Tədbir zamanı parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S.Babayev saxlanılıb.

Baxış zamanı ondan ümumi çəkisi 10 kiloqramdan artıq müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər