Zabrat-Maştağa avtomobil yolunda rənglənmə işləri aparılır - XƏRİTƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Zabrat-Maştağa avtomobil yolunda rənglənmə işləri aparılır - XƏRİTƏ

12:36 - 09 / 06 / 2017
Zabrat-Maştağa avtomobil yolunda rənglənmə işləri aparılır - XƏRİTƏ

Zabrat-Maştağa avtomobil yolunun Heydər Əliyev prospekti ilə kəsişməsindən Zabrat dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

1news.az-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən verilən xəbərə görə, rənglənmə işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işləri aparıldığı zolaqlar üzrə məhdudlaşdırılaraq digər hərəkət zolaqlarına yönəldiləcək. Buna görə “Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazidə diqqətli hərəkət etmələrini tövsiyə edir.

Üfüqi nişanlanma xətlərinin çəkilişi işləri bu gün axşam saatlarınadək tam olaraq yekunlaşdırılacaq.

S.Xankişiyeva

Paylaş:
2441

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər