Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrıldı | 1news.az | Xəbərlər
Rəsmi

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrıldı

18:15 - 12 / 06 / 2017
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrıldı

Prezident İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın məlumatına görə, sərəncamda deyilir ki, 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1news.az

Paylaş:
836

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər