Tacikistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tacikistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana gəlib

1news Redaksiyası17:23 - Bu gün
Tacikistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana gəlib

Tacikistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti döyüş əməliyyatlarının tətbiqi, modelləşdirilməsi və simulyasiyası sahəsində təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, nümayəndə heyəti Müdafiə Nazirliyinin bir sıra strukrur bölmələrini ziyarət edərək burada yaradılmış xidməti şəraitlə tanış olub, təcrübə mübadiləsi aparıblar. Qonaqlara nazirliyin aidiyyəti qurumları və onların fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.

Bundan başqa, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olan qonaqlara Mərkəzin fəaliyyəti, həmçinin kompüter dəstəkli komanda-qərargah təlimlərinin təşkili və keçirilməsi barədə məlumat verilib.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər