78 yaşlı qadının qatili tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

78 yaşlı qadının qatili tutuldu

20:19 - 13 / 06 / 2017
78 yaşlı qadının qatili tutuldu

Füzuli rayonunda törədilmiş qətl hadisəsinin üstü açılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyunun 10-da Füzuli rayonunun Babı kəndində 78 yaşlı Lyuba Babayevanın baş nahiyəsində xəsarətləri olan meyiti evində tapılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Nazirliyin Baş Cinayət Axtarışı İdarəsi, Füzuli RPŞ və rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yaqub Abbasov yaşadığı Sumqayıt şəhəri ərazisində tutulub.

Babək Cahandarov

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər