Xalq artisti Elmira Şabanova dəfn edilib - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Elmira Şabanova dəfn edilib - YENİLƏNİB 1

1news Redaksiyası13:24 - Bu gün
Xalq artisti Elmira Şabanova dəfn edilib - YENİLƏNİB 1

Xalq artisti Elmira Şabanova dəfn edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, Xalq artisti Yasamal qəbiristanlığında dəfn olunub.

 

 

13:15

Xalq artisti Elmira Şabanova ilə Təzəpir məscidində vida mərasimi keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti Yasamal qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Elmira Şabanova ötən gün 86 yaşında vəfat edib.

 

 

 

11:21

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə mərhum sənətkarın ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər.

Qeyd edək ki, E.Şabanova ötən gün 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunacaq.

Paylaş:
177

Son xəbərlər

Bütün xəbərlər