Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

1news Redaksiyası17:54 - Bu gün
Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistan sərhədini qanunsuz keçərək Zəngəzur (Sünik) vilayətinin Şəki kəndinə daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb.

1news.az Axar.az-a istinadla xəbər verir ki, bunu Güclü Ermənistan fraksiyasından olan deputat Anuş Mirzoyan deyib.

O bildirib ki, Gorusda Şəki hadisəsi ilə bağlı iş üzrə ilk məhkəmə iclası keçirilib:

"İttiham tərəfi təqsirləndirilən şəxsin həbs müddətinin daha üç ay uzadılması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib”.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər