Yaqub Piriyev: İnsan kapitalının yeni inkişaf fəlsəfəsi bilik iqtisadiyyatının formalaşmasında həlledici həlqədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaqub Piriyev: İnsan kapitalının yeni inkişaf fəlsəfəsi bilik iqtisadiyyatının formalaşmasında həlledici həlqədir

10:35 - 24 / 07 / 2017
Yaqub Piriyev: İnsan kapitalının yeni inkişaf fəlsəfəsi bilik iqtisadiyyatının formalaşmasında həlledici həlqədir

Bu il qəbul imtahanlarında bir sıra ixtisaslar üzrə qəbul ballarının diferensiallaşması və digər sualları Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev cavablandırıb.

1news.az həmin müsahibəni təqdim edir:                                    

Bu il qəbul imtahanlarında bir sıra ixtisaslar üzrə qəbul ballarının diferensiallaşması zərurəti nə ilə bağlıdır?

- Günümüzün ali təhsillə bağlı əsas hədəfi rəqabətqabiliyyətli kadr hazırlığıdır. Müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdəndir.

Bunun üçün hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institutsional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi vacib amildir. İnsan kapitalının yeni inkişaf fəlsəfəsi bilik iqtisadiyyatının formalaşmasında həlledici həlqədir. Bunun üçün də ali təhsilin əlçatanlığının təmin edilməsi mühümdür.

Ölkəmizin ali təhsil müəssisələrinə əvvəlki illərdə olduğu kimi, qəbul zamanı müsabiqədə iştirak etmək üçün minimal bal əksər ixtisaslar üzrə 200 bal həddində saxlanılıb. Eləcə də ölkə üçün prioritet hesab olunan ixtisaslar, o cümlədən “İnşaat mühəndisliyi”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”, “Kompüter elmləri”, “İnformasiya texnologiyaları” və bu kimi bir sıra ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün minimal keçid balı yüksələrək 250 və 300 bal müəyyənləşdirilib. Bu da qəbul prosesinin nəticələrinin keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərib.

Hər il olduğu kimi, qəbulun nəticələri Təhsil Nazirliyində təhlil olunur. Son bir neçə ilin statistik təhlilləri göstərir ki, əsasən özəl ali təhsil müəssisələrində və regionlarda yerləşən bir sıra dövlət ali təhsil müəssisələrində bəzi ixtisasları üzrə tələbə qəbulu yerləri tam dolmur. Bu faktı, eyni zamanda regionların sosial inkişafını, eləcə də əhalinin sosial durumunu və bölgədə yaşayan gənclərin ali təhsilə əlçatanlığını təmin etmək məqsədi ilə sözügedən universitetlərdə qəbul ballarının diferensiallaşması həyata keçiriləcəkdir. Bu proseslə bağlı müsbət nümunə kimi onu demək olar ki, son illərdə tətbiq olunan praktika - kənd təsərrüfatı ixtisaslarına qəbul ballarının diferensiallaşması bu sahədə ali təhsil almaq istəyənlərin sıralarının genişlənməsinə səbəb olub.

Qeyd edilən tədbirlərin həyata keçirilməsi kadr hazırlığı keyfiyyətinin yüksəldilməsi, ali təhsil müəssisələrinin maliyyə durumunun yaxşılaşdırılması, bölgələrdə yaşayan gənclərin ali təhsilə əlçatanlığının təmin edilməsi və bütövlükdə ölkənin sosial-iqtisadi inkişafına yönəlib.

Bu il ali təhsil müəssisələrinə hansı yeni ixtisaslar üzrə tələbə qəbulu aparılacaqdır?

- Ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı istiqamətləri və bu istiqamətlər üzrə dövlət tərəfindən qəbul olunmuş strateji sənədlər, ölkə başçısının sərəncamı ilə yeni tipli Bakı Mühəndislik Universitetinin yaradılması ölkənin ali təhsil müəssisələrində bir sıra yeni ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığını tələb edir. Ölkədə son illərdə nəqliyyat, sənaye və inşaat sektorundakı dinamik inkişafı nəzərə alaraq növbəti tədris ilindən bu sahələr üçün “Sənaye mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” və “Şəhərsalma” ixtisasları üzrə tələbə qəbuluna başlamaq nəzərdə tutulub.

Yaradıcı ali təhsil müəssisələrinin magistraturasına qəbulla bağlı hansı yeniliklər nəzərdə tutulub?

- Nazirlər Kabinetinin qərarı ilə ATM-rin magistratura səviyyəsi ixtisasların təsnifatında dəyişiklik olub. Bu dəyişikliyə görə mədəniyyət və incəsənət ixtisasları qrupu üzrə fundamental tədqiqat tələb etməyən 15-ə qədər ixisaslaşma üzrə təhsil müddəti 2 ildən 1,5 ilə endirilib. Bu ixtisaslarda təhsilalanlar elmi tədqiqatla məşğul olmayacaq və onlar tədqiqatçı kimi deyil, mütəxəssis kimi hazırlanacaq.

S.Xankişiyeva

Paylaş:
1745

Son xəbərlər

Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33İlham Əliyev: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açırBu gün, 12:31Sahibə Qafarova yenidən parlamentin sədri olduBu gün, 12:23Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 12:14Dəniz kənarının yeni incisi: PAŞA Real Estate yeni “Crescent Residences” layihəsini təqdim edibBu gün, 12:06“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilibBu gün, 12:02Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11
Bütün xəbərlər