Xəzərin sahilindəki istirahət mərkəzləri cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərin sahilindəki istirahət mərkəzləri cərimələnib

15:59 - 08 / 08 / 2017
Xəzərin sahilindəki istirahət mərkəzləri cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakıda sahilboyu zonasında reyd keçirilib.

1news.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən “Aquapark”, “121”, “Amay” istirahət mərkəzlərində, “Delfin” çimərliyində, “Fərdi” iaşə obyektində, “Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, “Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib.

Qanun pozuntuları ilə bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub. İnzibati xəta törətdiklərinə görə təqsirkar şəxslər ümumilikdə 6150 manat məbləğində cərimə edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

Babək Cahandarov

Paylaş:
535

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər