“Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazları liderlər sırasındadır – FOTO
“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpazları liderlər sırasına daxil olublar.
1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2-ci mərhələnin yekun nəticələrinə görə Rusiya və Belarusdan sonra 3-cü yeri tutan Azərbaycan hərbi aşpazları 3-cü mərhələdə Belarus nümayəndələrini arxada qoyaraq 2-ci yerə yüksəliblər.
Milli mətbəximizi yüksək səviyyədə təqdim edən hərbi aşpazlarımızın yarışlardakı uğurlu iştirakı davam edir.
Babək Cahandarov
784