Azərbaycan yığmasının keçmiş üzvü qəzada dünyasını dəyişdi – FOTO

Dünən axşam saat 22:00 radələrində Qaradağ rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.
Belə ki, Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi KİA markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi BMW markalı avtomobillə toqquşub.
Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, ölən şəxs federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayevdir.
Allah rəhmət eləsin!
Babək Cahandarov