İlham Əliyev Belarus Dövlət Sərhəd Komitəsinin sədrini qəbul edib – YENİLƏNİB - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Belarus Dövlət Sərhəd Komitəsinin sədrini qəbul edib – YENİLƏNİB - FOTO

14:05 - 09 / 08 / 2017
İlham Əliyev Belarus Dövlət Sərhəd Komitəsinin sədrini qəbul edib – YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lapponu qəbul edib.

1news.az xəbər verir ki, Anatoli Lappo Bakıda 1990-cı ildə olduğunu qeyd edərək paytaxtımıza budəfəki səfəri zamanı inanılmaz dərəcədə inkişaf gördüyünü dedi. O, sərhədçi olaraq öz xidmətinə Naxçıvanda zastava rəisi kimi başladığını məmnunluqla vurğulayaraq dedi: “Mən Naxçıvanda zastava rəisi vəzifəsində çalışarkən Azərbaycanın əfsanəvi oğlu Heydər Əliyevlə bir neçə dəfə görüşmək şərəfinə nail olmuşam və o illəri xoş təəssüratla xatırlayıram”.

Prezident İlham Əliyev xoş sözlərə görə məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı ötən dövr ərzində Naxçıvanda böyük inkişaf proseslərinin getdiyini vurğulayaraq, qonağın ölkəmizə bu səfərinin onun xidmət etdiyi yerləri yenidən görmək üçün yaxşı imkan yaratdığını dedi.

Görüşdə Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, iki dövlətin sərhəd xidmətləri arasında əməkdaşlığın əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirildi.

11:03

Prezident İlham Əliyev avqustun 9-da Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri Anatoliy Petroviç Lapponu qəbul edib.

1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.

Babək Cahandarov

Paylaş:
918

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər