Gədəbəy rayonunda törədilmiş iki quldurluq və bir qətl hadisəsinin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəy rayonunda törədilmiş iki quldurluq və bir qətl hadisəsinin üstü açılıb

18:12 - 10 / 08 / 2017
Gədəbəy rayonunda törədilmiş iki quldurluq və bir qətl hadisəsinin üstü açılıb

Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonunda iki quldurluq, həmçinin keçmiş illərdən bağlı qalmış bir qətl hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin 1news.az-a daxil olan birgə məlumatında bildirilir ki, cari il avqustun 5-də naməlum şəxs Gədəbəy rayonunun İnəkboğan kənd sakini Əjdər Ələkbərovun evinə qanunsuz daxil olaraq ona qarşı zor tətbiq edib, müxtəlif xəsarətlər yetirərək pul tələb edib. Məqsədinə nail olmadıqda isə ev sahibinə məxsus bir “Nokia” markalı telefonu götürərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Gədəbəy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini rayonun Qasımlı kənd sakini Babək Məmmədovun törətdiyi müəyyən olunub və o, polis əməkdaşları tərəfindən tutulub.

Avqustun 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə Babək Məmmədov barəsində rayon məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib.

İlkin təhqiqat zamanı B.Məmmədovun rayon ərazisində daha bir analoji hadisə və bir qəsdən adam öldürmə cinayəti törətməsi də müəyyənləşdirilib. Belə ki, ötən il noyabrın 26-da gecə vaxtı B.Məmmədov pəncərədən keçməklə rayonun Köhnəqışlaq kənd sakini Müşgünaz Məmmədovanın yaşadığı evə daxil olaraq onu bıçaqla hədələyib və pul tələb edib. O, evdən əlli manat pul, həmçinin evin sahibəsinə məxsus pensiya kartını quldurluq yolu ilə ələ keçirib.

Təqsirləndirilən şəxs B.Məmmədov istintaqa ifadəsində 2016-cı il dekabrın 13-də rayonun Qasımlı kənd sakini Səmayə Məmmədovanı yaşadığı evin həyətində tamah məqsədilə qətlə yetirdiyini də etiraf edib.

Hazırda göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Babək Cahandarov                  

Paylaş:
747

Son xəbərlər

Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06
Bütün xəbərlər