Hərbi dənizçilərimiz “Dəniz kuboku - 2017” müsabiqəsində qalib oldular – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Hərbi dənizçilərimiz “Dəniz kuboku - 2017” müsabiqəsində qalib oldular – FOTO – VİDEO

12:03 - 10 / 08 / 2017
Hərbi dənizçilərimiz “Dəniz kuboku - 2017” müsabiqəsində qalib oldular – FOTO – VİDEO

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışlar çərçivəsində müəyyən olunmuş bütün epizodları yerinə yetiriblər.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışlarda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər.

Beynəlxalq hakimlər briqadasının yekdil qərarı ilə tapşırığı 14 dəqiqə 26 saniyəyə yerinə yetirən Azərbaycan hərbi dənizçiləri epizodun qalibi elan edilib.

İkinci yerə İran, üçüncü yerə Qazaxıstan və dördüncü yerə Rusiya hərbi dənizçiləri layiq görülüb.

Babək Cahandarov

Paylaş:
1290

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər