Satlıda ev yandı: xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Satlıda ev yandı: xəsarət alanlar var

14:23 - 11 / 08 / 2017
Satlıda ev yandı: xəsarət alanlar var

Saatlı rayonunda evlərdən birində güclü yanğın olub.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 11 radələrində Saatlı rayonunun Dədəqorqud kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Məhəbbət Məmmədovun evində yanğın baş verib. Nəticədə evin 20 kvm. sahəsində mətbəxin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Yanıq xəsarətləri alan ev sahibi və arvadı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
840

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər