Taksi sürücüsünə qarşı quldurluq edən şəxslər tutuldular

Polis əməkdaşları taksi sürücüsünə qarşı quldurluq edən şəxsləri saxlayıblar.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, avqustun 9-da saat 2:00 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində 2 naməlum şəxs rayon sakini Əziz Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Bakı şəhərinə gedəcəklərini bildiriblər.
İsmayıllı rayonunun Sumağallı kəndi ərazisində onlar Ə.Ağakişiyevi bıçaqla hədələyərək 65 manatını və mobil telefonunu alıb avtomobildən düşərək gediblər.
Xətai RPİ, İsmayıllı RPŞ və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Rüstəm Məmmədov və Orxan Cəfərov tutulublar.
1news.az