Cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirilib - FOTO

20:02 - 11 / 08 / 2017
Cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirilib - FOTO

Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirib.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi hissələrdə mədəni-kütləvi tədbirlərin təşkil edilməsində məqsəd ölkəmizin zəngin və qədim tarixinin öyrənilməsi, hərbi ənənələrin təbliğ olunması, hərbi qulluqçuların mənəvi-psixoloji ruhunun yüksəldilməsindən ibarətdir.

Görüşlər  zamanı ön xətdə xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə yaxından tanış olunub və əsgərlərlə geniş söhbətlər aparılıb.

Sonra şəxsi heyətlə hərb tarixi mövzusunda viktorina keçirilib. Musiqi dəqiqələri ilə davam edən görüş, sonda idman yarışı ilə yekunlaşıb.

1news.az

Paylaş:
901

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər