Bakıda iki velosipedçini vuran sürücü həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki velosipedçini vuran sürücü həbs edildi

10:45 - 11 / 08 / 2017
Bakıda iki velosipedçini vuran sürücü həbs edildi

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda iki velosipedçinin avtomobillə vurulması faktı ilə bağlı birgə məlumat yayıb.

Sözügedən qurumların mətbuat xidmətlərindən 1news.az-a daxil olan məlumatda bildirilir ki, avqustun 8-də saat 22:20 radələrində Bakı dairəvi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Quliyev Nicat Nizam oğlu idarə etdiyi “Kia Cadenza” markalı 10-XZ-040 dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət edən velosipedçilər - 1992-ci il təvəllüdlü Abdullayev Akif Azər oğlunu və 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızını vurduqdan sonra Bəylərov Ceyhun Valeh oğlunun idarə etdiyi “BMW” markalı 90-KX-473 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə A.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, F.Rəhimova müxtəlif bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Fakta görə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və cinayəti törətməkdə şübhəli bilinən Nicat Quliyev saxlanılıb.

N.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Babək Cahandarov

Paylaş:
880

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər