Əcnəbi vətəndaşları qarət edib, könüllü polisə təslim oldular | 1news.az | Xəbərlər
Cəmiyyət

Əcnəbi vətəndaşları qarət edib, könüllü polisə təslim oldular

17:32 - 12 / 08 / 2017
Əcnəbi vətəndaşları qarət edib, könüllü polisə təslim oldular

İki əcnəbi vətəndaşı bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edən şəxslər könüllü olaraq polis bölməsinə gəliblər.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşın əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edib, tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər.

Hadisəni törətmiş Bakı şəhər sakini Elvin İsrafilov və Sumqayıt şəhər sakini Cəfər Musayev könüllü olaraq Nəsimi RPİ 22-ci PB-yə gəlib həmin şirkətin səyahət paketi almaq üçün onlardan 1500 ABŞ dolları pul alaraq vədinə əməl etməməsini bildiriblər.

Faktla əlaqədar cinayət işi başlanılıb.

1news.az

Paylaş:
974

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər