Xudatda qəza, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Xudatda qəza, ölən var

13:17 - 13 / 08 / 2017
Xudatda qəza, ölən var

Bu gün şəhər saatlarında Xudatın Müqtədir qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

1news.az-ın  APA-ya istinadən verdiyi məlumata görə, "Vaz 2107" markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində maşında olan Xaçmaz rayon sakinləri 1992-ci il təvəllüdlü  Elvin Yusifov, onun qardaşı 1987-ci il təvəllüdlü  Elbrus Yusifov və 30 yaşlı İlqar İmaməliyev müxtəlif dərəcəli xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki şəxsin müalicəsi isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
780

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər