“Pulsuz Wi-Fi” xidmətindən istifadə edən 500 000-ci istifadəçi mükafatlandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Pulsuz Wi-Fi” xidmətindən istifadə edən 500 000-ci istifadəçi mükafatlandırılıb

17:03 - 14 / 08 / 2017
“Pulsuz Wi-Fi” xidmətindən istifadə edən 500 000-ci istifadəçi mükafatlandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən istifadə edənlərin sayı yarım milyonu ötüb.

1news.az-a Nazirlikdən verilən məlumata görə, "Pulsuz Wi-Fi" xidmətinin 500 000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub. Bu gün "Baktelecom" şanslı istifadəçini mükafatlandırıb.

Qeyd edək ki, ötən həftədən "Pulsuz Wi-Fi"ın sosial şəbəkədəki səhifəsində start verilən "500 000-ci ol, hədiyyəni apar" sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb.

"İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da "Pulsuz Wi-Fi" xidmətinin əhatə zonasına daxil ediləcək.

S.Xankişiyeva

Paylaş:
727

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər