Gəncədə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılıb

19:53 - 15 / 08 / 2017
Gəncədə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gəncə şəhər sakini Ənvər Mustafayev tərəfindən Yeni Gəncə yaşayış massivi M.C.Paşayev küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

1news.az xəbər verir ki, şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı 100 m2 torpaq sahəsinin hasara alındığı, hasar daxilində 9 ədəd müxtəlif cinsli və diametrli ağacın bioloji inkişafda olduğu, 1 ədəd sərv ağacının isə tikintiyə maneəçilik törətdiyi üçün alt budaqlarının qanunsuz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı sözügedən ərazinin Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının sərəncamı ilə Hamlet Nağıyevə ticarət obyektinin tikintisi üçün verildiyi məlum olub.

Faktla bağlı H.Nağıyev barəsində protokol tərtib olunub və o inzibati qaydada 200 manat məbləğində cərimə edilib, ağacların qorunub mühafizə edilməsi üçün akt tərtib olunaraq torpaq istifadəçisinə təhvil verilib.

Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Şöbəsinə isə icrası məcburi olan müddətli “məcburi  göstəriş” verilib, eyni zamanda Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinə müraciət olunub.

1news.az

Paylaş:
581

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər