Heroin satan iki azərbaycanlı barədə Rusiya məhkəməsi qərar verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Heroin satan iki azərbaycanlı barədə Rusiya məhkəməsi qərar verdi

09:37 - 15 / 08 / 2017
Heroin satan iki azərbaycanlı barədə Rusiya məhkəməsi qərar verdi

Rusiyanın Zabaykalsk diyarının regionla məhkəməsi külli miqdarda narkotik maddələrin satışı ilə məşğul olan iki Azərbaycan vətəndaşı barədə qərar verib.

1news.az Rusiya KİV-ə istinadla xəbər verir ki, adları açıqlanmayan azərbaycanlılar cəzalarını ciddi rejimli koloniyada çəkməklə 9 və 11 il azadlıqdan məhrum ediliblər.

Məlumatda deyilir ki, onlar Xabarovskidən narkotik vasitələr gətirmək üçün cinayətkar qrup yaratmağa qərar veriblər. Böyük gəlir vəd etməklə öz həmyerlilərini də bu işə cəlb ediblər. Lakin yol polisinin fəaliyyəti nəticəsində cinayətkar dəstənin fəaliyyətinin qarşısı alınıb. Xilok stansiyasında polis əməkdaşları xidməti-axtarış itlərindən istifadə etməklə narkotik maddələrin qanunsuz daşınması faktını müəyyən ediblər.  Əməliyyat zamanı 4 kiloqram heroin aşkarlanaraq götürülüb. 

P.Sultanova

Paylaş:
830

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər