Gədəbəydə 33 ədəd müxtəlif tipli hərbi sursat aşkar edilib - FOTO

Gədəbəydə hərbi sursat aşkarlanıb.
ANAMA-dan 1news.az-a verilən məlumata görə, Söyüdlü kəndi – süni göl hövzəsinə baxış keçirilib, 33 ədəd müxtəlif tipli hərbi sursat (2 ədəd tank əleyhinə raket (PQ-7S), 1 ədəd tank əleyhinə PQ-7 raketinin motor hissəsi və 30 ədəd 7.62 mm-lik patron) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.
1news.az
780