İlham Əliyev İndoneziya prezidentini təbrik edib
Prezident İlham Əliyev İndoneziyanın prezidenti Coko Vidodoya məktub göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
S.Xankişiyeva
715