Bakıda qadın bina evində 70 it saxlayır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın bina evində 70 it saxlayır - VİDEO

09:09 - 16 / 08 / 2017
Bakıda qadın bina evində 70 it saxlayır - VİDEO

Yaşadığın mənzildə ev heyvanlarını saxlamaq gözəldir. Amma bu heyvanların sayı hədsiz çox olarsa gözəllikdən çox eybəcər mənzərə yaranar.

1news.az-ın xezerxeber.az-a istinadla verdiyi xəbərə görə, məsələn paytaxtın Süleyman Rüstəm küçəsinin sakinləri öz qonşularından şikayət edirlər.

Onlar milliyətcə rus olan qonşularının evində çoxlu sayda it saxladığından narahatdılar. Deyilənə görə İrina adlı qadın evində nə az, nə çox düz 70 it saxlayır. Qonşular itlərin xorla hürməsindən və yaşadıqları blokdan üfunət iyinin gəlməsindən narazlıq edir.

Paytaxtın Süleyman Rüstəm küçəsi 59 ünvanında yerləşən 50-ci binanın sakinlərindən şikayət gələndə ki, qonşuları evində 70 it saxlayır, düzü rəqəmin şişirdilmiş olduğunu düşündük. Ünvana çatanda bütün qonşular təsdiqlədi ki, həqiqətən də İrina adlı rus qadın evində çoxlu it saxlayır.

Heyvanların xorla hürməsi və ətrafı bürüyən üfunət iyi qonşuların əsəblərinə və sağlamlıqlarına təsir edir.

Qonşular deyirlər ki, 10 ilə yaxındır bu vəziyyətdən əziyyət çəkirlər. İrina dəfələrlə itləri evdən aparacağına söz versə də, nəticəsiz qalıb. Qonşularla söhbət edərkən əraziyə baytarlıq idarəsinin həkimləri və sahə müvəkkli də gəldi.

İrina səs küyə reaksiya verib pəncərəyə çıxdı. Üzümüzə qapını açmaq istəməyən qadının oğlu isə bizə hücum çəkib kameramıza əl atdı. Evə isə üfunət iyindən və bizə göstərilən müqavimətdən daxil ola bilmədik.

Çox keçmədən qadın özü həyətə çıxdı. Onun neçə iti olduğunu elə özündən də soruşduq.

İrina bizə də sabahdan evdə it saxlamayacağına söz verdi. Hərçənd ki, bu sözləri qonşular neçə illərdir eşidir.

S.Xankişiyeva

Paylaş:
692

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər