Bakıda Hindistanın müstəqilliyinin 70-ci ildönümü ilə bağlı konsert olub - FOTO
Beynəlxalq Muğam Mərkəzində Hindistanın müstəqilliyinin 70-ci ildönümü münasibətilə konsert proqramı təşkil olunub.
1news.az xəbər verir ki, konsertdən əvvəl Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ölkəsinin müstəqillik tarixindən, ötən 70 ildə keçdiyi inkişaf yolundan danışıb.
Səfir Hindistan ilə Azərbaycan arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb: “Ölkələrimiz arasında əlaqələr neft-qaz, əczaçılıq, kənd təsərrüfatı və digər sahələrdə inkişaf edir. Biz siyasi və iqtisadi sahələrdə yeni təşəbbüslər irəli sürürük. Ümid edirik ki, əməkdaşlığımız gələcəkdə daha da inkişaf edəcək”.
Diplomat bu il həm də Azərbaycan-Hindistan diplomatik əlaqələrinin qurulmasının 70-ci ildönümünün tamam olduğunu vurğulayıb.
Sonra Azərbaycanın gənc muğam ifaçısı Almaxanım Əhmədlinin, hindistanlı Anapuma Kauşik və Tuluki Palın ifalarında konsert proqramı təqdim olunub.
Pərvanə Sultanova