DİM-dən abituriyentlərə xəbərdarlıq: İxtisas seçimini başqalarına həvalə etməyin | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM-dən abituriyentlərə xəbərdarlıq: İxtisas seçimini başqalarına həvalə etməyin

13:17 - 17 / 08 / 2017
DİM-dən abituriyentlərə xəbərdarlıq: İxtisas seçimini başqalarına həvalə etməyin

Dövlət İmtahan Mərkəzi (DİM) ixtisas seçimi edən abituriyentlərə müraciət edib.

1nerws.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, müraciətdə bildirilir ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi davam etməkdədir:

“İxtisas seçimi elektron qaydada internet vasitəsilə aparılır və avqustun 20-dək davam etməsi nəzərdə tutulub. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməklə onu təsdiqləməlidirlər. Abituriyentlər bu zaman diqqətli olmalı və yalnız gələcəkdə təhsil almağı planlaşdırdıqları ixtisası və ya ixtisasları istəklərinin azalması ardıcıllığı ilə ərizələrinə daxil etməlidirlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası çox sadədir və sizin özünüz tərəfindən yerinə yetirilməlidir.

Təəssüf ki, sosial şəbəkələrdə DİM-in abituriyentlərə kömək məqsədilə nəşr etdiyi müxtəlif materialları öz səhifələrində paylaşmaqla, Mərkəzin adından süni şəkildə istifadə edən sabun köpüyü kimi şişmiş "ekspert"lər özlərini reklam edir və elə təəssürat yaratmağa çalışırlar ki, sanki onlar əlavə bir informasiyaya malikdirlər. Həmin şəxslər ixtisas seçiminin həyata keçirilməsi üçün abituriyentlərə müxtəlif çağırışlar edirlər. Bu insanların toruna düşmüş abituriyentlər sonradan seçimlərinin dəyişdirilməsi ilə bağlı DİM-ə üz tuturlar. Çünki bu iş həmin “ekspert”lər tərəfindən abituriyentin və onun valideynlərinin fikri nəzərə alınmadan tələm-tələsik, “yola vermək” və yalnız müəyyən maddi məqsədlərlə edilir”.

DİM abituriyentləri məsuliyyətli və diqqətli olmağa çağırıb:

“Ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8 saylı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları isə jurnalın 5 saylı buraxılışında dərc olunub. Jurnallarda, həmçinin müsabiqə şərtləri və ərizənin doldurulma qaydası ilə bağlı məlumatlar yer alıb. Bundan əlavə, səhifəmizdə və saytımızda ərizənin doldurulma qaydası ilə bağlı video-təlimat da yerləşdirilib”.

Babək Cahandarov

Paylaş:
871

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər