Həyətində çətənə kolu yetişdirən Göyçay sakini tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində çətənə kolu yetişdirən Göyçay sakini tutulub

16:38 - 17 / 08 / 2017
Həyətində çətənə kolu yetişdirən Göyçay sakini tutulub

Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Göyçay RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rəhman Hüseynovun həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu, evinə baxış zamanı isə 462,50 qram marixuana aşkar edilərək götürülüb.

Babək Cahandarov

Paylaş:
812

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər