Azərbaycanın və Rusiyanın BMT yanında daimi nümayəndələri arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın və Rusiyanın BMT yanında daimi nümayəndələri arasında görüş keçirilib

19:23 - 17 / 08 / 2017
Azərbaycanın və Rusiyanın BMT yanında daimi nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Rusiya Federasiyasının BMT yanında yeni təyin olunmuş daimi nümayəndəsi Vasili Nebenzya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyəsindən, xüsusilə hər iki ölkə prezidentinin dostluq münasibətlərindən məmnunluq ifadə edilib və əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin və bu xüsusda BMT yanında daimi nümayəndəliklər arasında təmasların əhəmiyyətini vurğulayıblar.

1news.az

Paylaş:
686

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər