Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək – FOTO
İndoneziyanın müstəqilliyinin 72-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.
1news.az xəbər verir ki, tədbirdə İndoneziya səfirliyinin əməkdaşları, Bakıdakı İndoneziya icmasının üzvləri iştirak ediblər.
Əvvəlcə İndoneziyanın dövlət bayrağı qaldırılıb. Daha sonra çıxış edən İndoneziyanın Bakıdakı səfiri Hüsnan Bəy Fənanie bildirib ki, ölkəsi 1945-ci ildə öz azadlığını əldə edib. Bu gün İndoneziya böyük inkişaf yol keçib. İndoneziyalı gənclər ölkənin daha da inkişafı üçün çalışırlar.
“Azərbaycan İndoneziyaya dost ölkədir” deyən diplomatın sözlərinə görə, ikitərəfli münasibətlər günü-gündən inkişaf edir.
Səfir vurğulayıb ki, sentyabr ayında Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək. Bundan əlavə, bu ilin sonunda Prezident İlham Əliyev İndoneziyaya səfər edəcək. Daha sonra isə İndoneziya Prezidentinin Azərbaycana səfəri gözlənilir.
Pərvanə Sultanova