Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür

13:35 - 18 / 08 / 2017
Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür

Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür.

1news.az xəbər verir ki, 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.

Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib.

Dövlət başçısının 2002-ci il 31 iyul tarixli  fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin  əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Ölkə prezidentinin 2000-ci il 16 avqust  sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 16-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, DSX-nin bir qrup əməkdaşı orden və medallarla təltif olunublar.

Dövlət başçısının digər sərəncamı ilə isə qurumun bir qrup hərbi qulluqçusuna və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib.

Babək Cahandarov

Paylaş:
6124

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər