Balakən “ABAD”çılarının məhsulları satışa çıxarılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakən “ABAD”çılarının məhsulları satışa çıxarılıb – FOTO

16:12 - 18 / 08 / 2017
Balakən “ABAD”çılarının məhsulları satışa çıxarılıb – FOTO

Balakən rayonunda “ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları paytaxt Bakı şəhərində satışa çıxarılıb.

1news.az-a ABAD-dan verilən xəbərə görə, təqdim olunan cem və mürəbbə məhsulları beş “ABAD”çı ailə tərəfindən hazırlanıb. Məhsullar “ABAD” tərəfindən ailələr üçün yaradılmış brend adı və uyğun dizayn altında təqdim olunur.

İlkin mərhələdə məhsulları satışa çıxarılmış ailə brendləri aşağıdakılardır: “Balməkan” (Bazarovların ailə təsərrüfatı), “Dənə-dənə” (Bağırovların ailə təsərrüfatı), “Yay səbəti” (Əliyevlərin ailə təsərrüfatı), “Bağımızın bəhrəsi” (İbrahimovların ailə təsərrüfatı), “Budaqdan” (Xəlilovların ailə təsərrüfatı).

Bu məhsullar “ABAD” tərəfindən verilmiş texnoloji avadanlıqlardan istifadə etməklə ailə təsərrüfatlarında hazırlanıb. “ABAD”çı ailələrin tərkibində heç bir qatqı olmayan tam təbii məhsulları özünəməxsus dadı ilə fərqlənir. Ailələr mürəbbə və cemlərin hazırlanmasında bağlarından topladığı meyvələrdən istifadə edirlər. Bundan başqa, məhsullar müvafiq uyğunluq və gigiyena sertifikatlaşdırmasından keçiblər.

Beş “ABAD”çı ailənin cem və mürəbbə məhsulları hazırda “İçərişəhər”də və Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında yerləşən “ABAD” mərkəzlərində satışa çıxarılıb.

Qarşıdakı müddətdə “ABAD”çı ailə təsərrüfatlarının məhsulları böyük supermarketlər şəbəkələrində satışa çıxarılacaq. Bundan başqa, tezliklə “ABAD”çı ailələr tərəfindən hazırlanmış ət və süd məhsulları, yeni cem və mürəbbə brendləri istehlakçılara təqdim olunacaq.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb.

Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.

“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.

İlkin mərhələdə “ABAD” pilot layihə olaraq, Masallı rayonunda fəaliyyətə başlayıb.

21 oktyabr 2016-cı il tarixdə “ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, ailə biznesinə asan dəstək konsepsiyasının həyata keçiriləcəyi ikinci pilot region kimi Balakən rayonu seçilib.

3 avqust 2017-cı il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Balakəndə regional “ABAD” mərkəzinin inzibatı binasının açılışı baş tutub.

S.Xankişiyeva

Paylaş:
991

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər