Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib – FOTO

16:37 - 18 / 08 / 2017
Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib – FOTO

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində keçirilən seminar-treninqlər davam edir.

1news.az-ın məlumatına görə, 2 və 9 saylı cəzaçəkmə müəssisələrində keçirilən maarifləndirici tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Mübariz Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli iştirak ediblər.

Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Mübariz Vəliyev qonaqları salamlayaraq tədbirlərin mahiyyətini açıqlayıb və məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisələrdə yaradılmış şərait barədə məlumat verib.

Tədbirlərdə məruzə ilə çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini iştirakçıların diqqətinə çatdırıb. İslam aləmində baş verənlərin fonunda bu addımın nə dərəcədə mühüm rol oynadığına, onun əhəmiyyətinə toxunan şöbə müdiri Azərbaycan təcrübəsinin dünyada öyrənilməsi prosesinin başlandığını söyləyib. Münaqişə ocaqlarının əsasən İslam aləmində olduğunu, İslamın adının terrorla eyniləşdirmə cəhdlərinin arxasında müəyyən maraqların dayandığını və bu dağıdıcı prosesin idarə edildiyini diqqətə çatdıran natiq bildirib ki, harada yaşamasından asılı olmayaraq cəmiyyətin bütün təbəqələri bu məsələyə biganə olmamalıdır.

Tədbirlərdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli dini radikalizmin cəmiyyətin bütün təbəqələrini narahat etdiyini vurğulayıb. İlahiyyatçı bildirib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan təcrübəsinin örnək götürülməsi və öyrənilməsi ilə bağlı təşəbbüslər sevindiricidir. O bildirib ki, radikalizm Allahın bizə göndərdiyi Qurana və Peyğəmbərin həyat yoluna ziddir. Dinimiz təcavüz dini deyil, onu dini ixtilaflar vasitəsinə çevirmək ən böyük xəyanətdir.

Tədbirlərin sonunda çoxsaylı suallar cavablandırılıb və Dövlət Komitəsinin nəşrləri olan kitablar məhkumlara hədiyyə edilib.

Qonaqlar cəzaçəkmə müəssisəsində məhkumların dini ibadətləri üçün yaradılmış yüksək şəraitlə də tanış olublar.

Sonda camaat namazı qılınıb.

Babək Cahandarov

Paylaş:
821

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər